YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Aslanlı: Maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində iş artıq başa çatdırılıb

«Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır». Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası  Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

R.Aslanlı bildirib ki, layihələrdən biri problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyası ilə bağlıdır. Onun sözlərinə görə, bu qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq. 
«Maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində iş isə  artıq başa çatdırılıb. Palata həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır. Eyni zamanda, daşınar əmlakın girovluğu ilə bağlı layihə üzərində iş gedir»- deyə, R.Aslanlı vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv