YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Eritreyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petros Tseqqai Asghedomun etimadnaməsini qəbul edib.

Səfir Petros Tseqqai Asghedom fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Petros Tseqqai Asghedom etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Petros Tseqqai Asghedom Eritreya Dövlətinin Prezidenti İsaias Afeverkinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı. Səfir əməkdaşlığımızın inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin o qədər də fəal olmadığını vurğulayan dövlətimizin başçısı İlham Əliyev Petros Tseqqai Asghedomun səfir kimi Azərbaycanda fəaliyyətinin müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi. Ticarət sahəsində əməkdaşlığın çox aşağı səviyyədə olduğunu deyən dövlətimizin başçısı səfirin ölkəmizin müxtəlif strukturlarının nümayəndələri ilə çoxlu görüşlər keçirəcəyinə, iqtisadi və digər sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı müzakirələr aparacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Prezident İsaias Afeverkinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Eritreya dövlətinin başçısına çatdırmağı xahiş etdi.