YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni jurnalist: Serj Sarkisyan prezident yox, işğalçıdır

Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara qarşı deyil, erməni xalqına qarşı da soyqırımı həyata keçirib.

Bu sözləri Azərbaycanda səfərdə olan Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan noyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında deyib.

S.Caqinyan bildirib: “Sarkisyan məni öldürmək üçün tapşırıq verib. Mən Ermənistanda hüquqların tapdanmasına qarşı mübarizə aparıram. Onlar məni izləyirlər, hətta terrorçuluqda belə günahlandırırlar. Ermənistanda hakimiyyət zəbt edilib. Xalqın vəziyyəti çox ağırdır”.