YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suzanna Caqinyan: Dağlıq Qarabağ münaqişəsi Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib

Sarkisyan hakimiyyəti ölkəni şəxsi mənafeyini güdməklə, xalqı talamaqla idarə edir.

Bu sözləri Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan noyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini qeyd edən Suzanna Caqinyan bildirib ki, bu münaqişə Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib. Ermənistandakı hazırkı rejim bu münaqişədən istifadə edərək hakimiyyətə gəlib.