YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyasının sədri ABŞ-da səfərdə olub

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkiləri ilə əlaqədar bu ölkədə səfərdə olub.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) prezidenti Vilyam Svininin dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər, IFES prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparıb. Seçki günü, həmçinin MSK sədri məntəqələrdə gedən prosesləri müşahidə edib.

M.Pənahov IFES prezidentinin dəvəti ilə noyabrın 9-da keçirilən Qlobal Seçki Təşkilatının növbəti - 7-ci (GEO-7) konfransında da iştirak edib. Dünyanın müxtəlif ölkələrindən çoxsaylı seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də beynəlxalq seçki ekspertlərinin qatıldıqları konfransda seçkilərlə bağlı müxtəlif mövzularda müzakirələr keçirilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

ABŞ səfərində MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edib.