YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Dövlət bayrağı xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur

«Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunur. Bu mənada, bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur». Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Onun sözlərinə görə, Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.

«Bu gün Dövlət Bayrağı Meydanında ucalan bayrağımız dünyanın ən hündür bayrağıdır. Bu, bir çox qürurverici məqamları ifadə edir. İlk növbədə, Azərbaycan xalqı bununla bayrağının onun üçün nə qədər dəyərli olduğunu bir daha təsdiq edir. Milli mənsubiyyəti, müstəqillik və suverenliyi xarakterizə və ifadə edən dövlət bayrağının ən yüksək zirvədən dalğalandırılması haqlı qürur və fəxarət hissi yaradır. Eyni zamanda, bununla bir daha bayrağın milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qüruru, mənliyi, şərəfi olduğu sübut olunur. Bu isə öz növbəsində milli həmrəylik və bütövlüyü simvolizə edir»- deyə, Y.Mahmudov vurğulayıb.