YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda respublika konfransı keçirilir

Noyabrın 10-da Bakıda, “Fairmont” otelində “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı işə başlayıb.

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Əli Həsənov gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəallığını yüksək qiymətləndirib.

Sonra gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər şəxslər çıxışlar ediblər.