Xəbərlər
Yonas Erikson: Bakı Konqresi medianın bu günü və gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir
Bakı Konqresi xəbər agentliklərinin qarşısında duran ümumi vəzifə və məqsədləri, medianın inkişaf perspektivlərini müzakirə etmək imkanı yaradır. Konqres medianın bu günü və gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir.
Bu sözləri Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının iştirakçısı Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas Erikson deyib.
Konqresin təşkilatçılığını yüksək qiymətləndirən Y.Erikson medianın əsas vəzifəsinin xəbəri doğru və qərəzsiz çatdırmaq olduğunu qeyd edib. Deyib ki, konqres informasiya agentliklərinin gələcəkdə daha obyektiv və doğru xəbər çatdırmaq imkanlarının inkişaf etdirilməsinə mühüm töhfə verə bilər.