YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü qeyd edilib

Bu gün Yeni Azərbaycan Partiyası Suraxanı  rayon təşkilatında partiyanın  yaranmasının 24-cü ildönümü qeyd edilib.

Tədbirdə əvvəlcə məktəblilərdən tərəfindən  şeir kompoziysiyası təqdim olunub. 
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarına YAP-ın 24 illik fəaliyyəti, keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib. O bildirib ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı.
Sonra çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib.

Tədbirdə həmçinin, millət vəkilləri Ağacan Abiyev və Sevinc Fətəliyeva, YAP fəalı Şərqiyyə İsmayılova və başqaları çıxış edərək partiyanın ötən 24 il ərzində şərəfli yol keçdiyini bildiriblər.

Tədbirin sonunda bir qrup YAP fəalına fəxri fərmanlar və partiya sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.