YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BP: Hədəfimiz 2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya Azərbaycan təbii qazını çatdırmaqdır

“Şahdəniz-2” təbii qaz layihəsi uğurla irəliləyir. Trans-Anadolu qaz boru kəmərini (TANAP) Azərbaycan təbii qazi ilə təmin edəcək “Şahdəniz-2” layihəsi üzrə işlər sürətlə davam edir və işlərin 80 faizi artıq tamamlanıb. Hədəfimiz 2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya Azərbaycan təbii qazını çatdırmaqdır. Bu sözləri “BP Türkiyə”nin prezidenti Mik Stamp deyib.

Layihənin planlaşdırılan vaxtda bitirməyi hədəflədiklərini qeyd edən M.Stamp “Cənub” qaz dəhlizinin Avropa hissəsini təşkil edən “Trans-Adriatik” qaz boru kəmərinin təməlinin bu ilin may ayında qoyulduğunu xatırladıb.

“Layihənin başlanğıc hissəsi olan “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” üzrə işlərin 50 faizi görülüb. “Şahdəniz-2” layihəsinin də 80 faizi tamamlanıb. Layihədəki şəriklərimiz ilə əməkdaşlığımız uğurla davam edir. Hədəfimiz 2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya Azərbaycan təbii qazını çatdırmaqdır”, - deyə M.Stamp bildirib.

Enerji təminatının davamlılığı və təhlükəsizliyi baxımından milyard dollarlıq boru kəmərlərinin mühafizəsinin çox əhəmiyyətli olduğunu bildirən M.Stamp deyib: “Təhlükəsizlik boru kəmərləri üçün vacib şərtdir. BP öz boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması üçün daim investisiya yatırır”.

Boru kəmərlərinin enerji daşıyıcılarının nəqlinin əsas hissəsini təşkil etdiyini deyən M.Stamp təhlükəsizliyin həmişə vacib məsələ olduğunu bildirib.

“Şahdəniz-2” yatağından ildə 16 milyard kubmetr təbii qaz çıxarılması planlaşdırılır. Bu qazın 6 milyard kubmetrinin TANAP ilə Türkiyəyə, 10 milyard kubmetrinin isə TAP ilə Avropaya nəql edilməsi planlaşdırılır. Yeddi şirkətin səhmdarı olduğu “Şahdəniz-2” layihəsində BP-nin 28,8 faizlik payı var.