YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda “Qüds və hazırkı mərhələnin çağırışları” mövzusunda konfrans keçirilir

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda “Qüds və hazırkı mərhələnin çağırışları” mövzusunda konfrans işə başlayıb.

Konfransda Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təmsil edirlər.

Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxundu.

Konfransın rəsmi açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Parlamentlərarası Qüds Platformasının rəhbəri Hamid əl Ahmar və digərləri çıxış etdilər.

Çıxışlarda 29 noyabr - Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Gününün tarixi əhəmiyyətinə toxunuldu. Əminliklə ifadə olundu ki, bu konfrans Fələstin xalqı ilə beynəlxalq həmrəyliyin möhkəmlənməsinə və Yaxın Şərq probleminin sülh yolu ilə ədalətli həllinə töhfə verəcək.

Tədbirdə Fələstin xalqının azadlıq mübarizəsini əks etdirən və 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ağır nəticələrinə dair sənədli filmlər nümayiş olunub.

Konfrans noyabrın 30-da işini davam etdirəcək.