YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Aİ Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 5-ci görüşü öz işinə başlayır

Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü öz işinə başlayır.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sədrlik edəcəyi görüşdə 2015-ci ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti, assosiasiya sazişlərinin, eyni zamanda dərin və hərtərəfli azad ticarət zonası barədə sazişlərin icrası və birgə öhdəliklərin yerinə yetirilməsi və bir sıra digər məsələlərə xüsusi diqqət yetiriləcək.

Görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

 

 

DİGƏR Xəbərlər Arxiv