YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mikişili: Sosial şəbəkələrdə ünsiyyət həm də bir mədəniyyət göstəricisidir

«Azərbaycanda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Bütün ölkələr üzrə orta hesabla ümumi istifadəçilərin 4%-ə qədəri saxta profildən istifadə edir. Bütün dünyada artıq saxta profillərlə və saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti ilə mübarizə aparmağa başlayıblar». Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Böyük Britaniya və Fransa kimi ölkələrdə saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti 3 ilə qədər həbs və 48 000 euro ya qədər cərimə cəzası ilə cəzalandırılır. Onun fikrincə, cəzaların əsas məqsədi cinayətə səbəb olacaq hərəktlərdən çəkindirməkdir.

«Əgər kimsə saxta profil açıb, digər istifadəçilərin hüqunu pozaraq onu təhqir etmirsə və ya ona böhtan yağdırmırsa, onda bu qaydalar o istifadəçiyə şamil edilmir. Qeyd etmək lazımdır ki, artıq sosial şəbəkə sahibi olan korporasiyalar qanunu tələb əsasında saxta profil istifadəçilərin İP ünvanlarını bölüşürlər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, istifadəçilər istənilən bir tənqidi və tərifli fikir söyləməkdə və fikirlərini azad ifadə etməkdə (təhqir və böhtan istisna olmaqla) tam sərbəstdirlər. Sosial şəbəkələrdə ünsiyyət həm də bir mədəniyyət göstəricisidir»- deyə, T.Mirkişili vurğulayıb.