YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Ölkədə yeni iqtisadi şəraitə adaptasiya və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir

«Dünyada və regionda baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da təsir edib». Bu fikri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Onun sözlərinə görə, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək üçün sistemli tədbirlər hazırlanıb.

 «Prezident İlham Əliyevin tapşırığı ilə rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq məqsədilə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək, idarəetmə strukturunu təkmilləşdirmək, fəaliyyət səmərəliliyini artırmaq və dövlət büdcəsindən asılılığı aradan qaldırmaq üzrə sistemli tədbirlər hazırlanıb və həyata keçirilməsinə başlanılır. Bu istiqamətdə görülmüş işlər, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması, onlara güzəştlərin verilməsi öz bəhrəsini verəcək və proqnoza görə bu sahədə iqtisadi artım 7 faizdən yüksək olacaq»- deyə, nazir müavini vurğulayıb.