YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan Pakistan ilə əlaqələrə yüksək önəm verir

2017-ci il yanvar ayının sonunda Azərbaycan ixrac missiyasının Pakistana səfəri planlaşdırılır.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 5-də Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşündə deyib.

“Azərbaycan Pakistan ilə əlaqələrə yüksək önəm verir. Belə ki, ölkələrimiz arasında siyasi, humanitar sahələrdə əlaqələr uğurla inkişaf edir. Bugünkü işgüzar görüş də iqtisadi əlaqələrimizin inkişafına və genişləndirilməsinə mühüm töhfə verəcək. Biz Pakistan şirkətləri üçün ölkəmizdə hər cür şərait yaratmağa hazırıq”, - deyə nazir qeyd edib.

Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan qeyd edib ki, hazırda ölkələrimiz arasında ticarət dövriyyəsi mövcud potensialdan qat-qat aşağıdır. “Biz toxuculuq, əczaçılıq, kənd təsərrüfatı sahələrində birgə müəssisələr yarada bilərik”, - deyə pakistanlı nazir bildirib.