YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Belçika və Almaniyaya işgüzar səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısında və dekabrın 8-9-da Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.