YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisinin sədri Oqtay Əsədov Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Dekabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri bu səfərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Sədr bildirib ki, Azərbaycan və Serbiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayır.

Oqtay Əsədov bu günədək ölkələrimiz arasında 25 sənədin imzalandığını, 12 sənədin isə imzalanma ərəfəsində olduğunu deyib. Əlavə edib ki, bu sənədlər münasibətlərimizin hüquqi bazasını təmin edir. Milli Məclisin sədri iki ölkənin parlamentlərarası münasibətlərinin sürətlə inkişaf etdiyini və hazırda qanunverici orqanlarımızda qarşılıqlı işçi qrupların fəaliyyət göstərdiyini deyib.

Oqtay Əsədov vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticari münasibətləri inkişaf etdirməyə ehtiyac var. İqtisadi əməkdaşlığın inkişafı üçün xeyli işlər görüldüyünü, biznes forumlar təşkil edildiyini söyləyən sədr ticari əlaqələrin gələcəkdə yüksək səviyyəyə çatacağına əminliyini bildirib.

Görüşdə iki ölkə arasındakı humanitar və mədəni münasibətlərin razılıq doğurduğu qeyd olunub. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər.

Oqtay Əsədov Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq bunu siyasi əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisi kimi dəyərləndirib.

Nazir Neboyşa Stefanoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirib. O, ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz olaraq qalacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.