YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valeh Ələsgərov: GUAM-ın nüfuzu ildən-ilə artır

GUAM-ın nüfuzu ildən-ilə artır, daha çox ölkə və beynəlxalq təşkilat bu qurumla əməkdaşlığa maraq göstərir.

Bu sözləri GUAM – Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın Parlament Assambleyasının doqquzuncu sessiyasının açılışında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib. /Trend/

GUAM-ın regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını qeyd edən V.Ələsgərov GUAM PA-nın üzv ölkələr arasında əməkdaşlıq üçün mühüm istiqamət ola biləcəyini bildirib.

Vitse-spiker əlavə edib ki, təşkilat, həmçinin region ölkələri arasında dialoqun inkişaf etdirilməsi və məhkəmləndirilməsinə böyük tohfə verir: “GUAM ölkələrinin həyata keçirdiyi transmilli layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir”.

V.Ələsgərov GUAM məkanındakı mövcud münaqişələrə də toxunub:

“Üzv ölkələr bu məsələdə də vahiq mövqedən çıxış edirlər və münaqişələrin əleyhinədir. Ümidvaram ki, göstərilən səylər öz nəticəsini verəcək və bütün münaqişələr beynəlxalq norma və prinsiplərə uyğun nizamlanacaq”.