YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: İcbari tibbi sığortanın tətbiqi ilə səhiyyənin inkişafında yeni mərhələ başlayacaq

«İcbari tibbi sığortanın tətbiqi ilə səhiyyənin inkişafında yeni mərhələ başlayacaq». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmirslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, hazırda hökumət bu sistemin tətbiqi ilə əlaqədar uğurlu tədbirlər həyata keçirir. Onun sözlərinə görə, artıq bununla bağlı müvafiq qurum yaradılıb və normal fəaliyyət göstərir.

«İcbari tibbi sığorta ilə əlaqədar gələn ilin büdcəsində müəyyən məbləğdə vəsait ayrılıb. Ölkəmizdə bu sistemin tətbiqi ilə əlaqədar optimistəm. Hər bir ölkənin səhiyyəsinin uğurlu inkişafında icbari tibbi sığorta mühüm rol oynayır. Hesab edirəm ki, Azərbaycanda da bu sistem uğurla tətbiq olunacaq. İcbari tibbi sığortanın tətbiqi ölkəmizdə tibbi xidmətin keyfiyyətini daha da artıracaq»- deyə, komitə sədri vurğulayıb.