YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ANAMA: indiyədək 393 milyon 832 min kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ilin dekabr ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən 2 milyon 352 min 225 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib. Ay ərzində 1068 partlamamış hərbi sursat, 1 tank əleyhinə və 13 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, təmizləmə işlərində 489 nəfər əməliyyat və 130 nəfərlik inzibati heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub.

Ümumiyyətlə, indiyədək 393 milyon 832 min 826 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 754 min 10 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Dekabrda agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Tərtər, Göygöl, Qazax rayonlarında, Bakı şəhərində və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib.

Ay ərzində mina və ya partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.