YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının vııı konfransına hazırlıqla əlaqədar Şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının vııı konfransına hazırlıq və onun keçirilməsinə həsr edilmiş Şura iclası keçirildi.

İclasda rayon təşkilatında 2016-cı ildə görülmüş işlər və 2017-ci ildə görüləcək işlər, həmçinin ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olundu.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov çıxış edərək qeyd etdi ki, 2016-cı il Azərbaycan Respublikası üçün bir sıra mühüm məqamlarla yadda qaldı. Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində respublikamız öz müstəqilliyini daha da möhkəmləndirdi, iqtisadiyyatını gücləndirdi, dünya dövlətlərində baş verən böhranlardan özünü qoruya bildi. Sosialyönümlü layihələrin həyata keçirilməsi nəticəsində əhalinin sosial müdafiəsinin qorunması təmin edildi. Ötən ilin əhəmiyyətli hadisələrindən biri 26 oktyabr 2016-cı ildə keçirilən referendum idi. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərə xalqımız tərəfindən böyük dəstək verildi. Bu bir daha onu göstərdi ki, xalqla iqtidar arasında möhkəm əsaslara söykənən birlik var.

Sonra gündəlikdə olan məsələlər muzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.