YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır

«Geridə qoyduğumuz 2016-cı il bütün dünya üçün heç də asan keçmədi. Siyasi manipulyasiyalar nəticəsində birjalarda neftin qiymətinin kəskin ucuzlaşması fonunda qlobal iqtisadiyyat arzuolunmaz çətinliklərlə üzləşdi, ayrı-ayrı ölkələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə aşağı düşdü, bir sıra hallarda sosial proqramlar ixtisara salındı, dünyada yoxsulluğun və işsizliyin kəskinləşməsi kimi problemlər insanların ciddi etirazları və bir sıra ölkələrdə xoş olmayan hadisələrin meydana gəlməsi ilə yadda qaldı. Lakin sevindiricidir ki, xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə respublikamız Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün güclü iqtisadi və maliyyə potensialını səfərbər etməyə nail oldu». Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir sıra çətinliklərlə yadda qalan 2016-cı ildə respublikamızda sabitliyin və inkişafın təmin olunması istiqamətində uğurlar əldə olunduğun vurğuladı. O cümlədən, xarici siyasətdə Azərbaycanın nailiyyətləri kifayət qədər əhatəli oldu. Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır.

«Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir»- deyə, S.Qafarova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv