YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın xarici işlər naziri ATƏT-in sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək

ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov ilə Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinqində məlumat verib.

Xatırladaq ki, ATƏT-in sədri yanvarın 17-18-də Moskvaya səfər edəcək.

M.Zaxarovanın sözlərinə görə, S.Kurts və S.Lavrov Avstriyanın ATƏT-də sədrliyi dövründə regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışları nəzərə almaqla qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.