YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Nazirlər Kabinetinin iclasında 2016-cı ilin sosial-iqtisadi yekunları geniş təhlil olundu

«Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasında Prezident İlham Əliyev proqram xarakterli çıxış etdi. Dövlət başçısının çıxışında ölkəmizin gələcək inkişafını şərtləndirən məsələlər xüsusi vurğulandı». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Nazirlər Kabinetinin iclasında 2016-cı ilin sosial-iqtisadi yekunları geniş təhlil olundu. Onun sözlərinə görə, ötən il bütövlükdə dünyada mürəkkəb proseslərin baş verməsinə baxmayaraq ölkəmiz üçün bir sıra hadisələrlə əlamətdar oldu.

«Ötən ilin əvvəlindən dövlət başçısı sosial-iqtisadi inkişafla bağlı mühüm qərarlar verdi. Bunun nəticəsində də, bir sıra sahələrdə islahatların yeni mərhələsi başlandı. Hesab edirəm ki, bu islahatlar qarşıdakı dövrdə mühüm nəticələr verəcək. Əsas hədəfimiz 2017-ci ildə və ondan sonrakı illərdə ölkəmizin dinamik inkişafını davam etdirməkdir. Eləcə də, sosial siyasət baxımından da, dövlətimiz uğurlu siyasət həyata keçirir. təsadüfi deyil ki, 2017-ci ilin dövlət  büdcəsində də sosial xərclər artırılıb. Belə ki, bu il büdcədə sosialyönümlü xərclər 40 faizdən çox nəzərdə tutulur. Bu il həmçinin, sosiaol obyektlərin, o cümlədən məktəblərin, səhiyyə müəssisələrinin və s. tikintisi davam etdiriləcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti sosial məsələləri daim diqqət mərkəzində saxlayır»- deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv