YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əzizağa Qənizadə: Ermənistan itkilərinin sayının azalmasını istəyirsə, təxribatlara son qoymalıdır

Son günlər Ermənistan ordusunda itkilərin sayının artması bu ölkə cəmiyyətində böyük əks-səda doğurub. Ermənilər sosial şəbəkələrdə artıq vahiməyə düşdüklərini gizlətmir, bununla əlaqədar ölkə rəhbərliyini aşkar şəkildə günahlandırmaqdan çəkinmirlər. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, yanvarın əvvəlindən bu günədək məhv edilən Ermənistan hərbi qulluqçularının sayı artıq beşi keçib, xeyli yaralı var.

Bunu Ermənistan ordusunun itkiləri barədə məlumatları şərh edən ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib.

Ə.Qənizadə deyib ki, düşmən təxribatlarına və mövqelərimizin atəşə tutulmasına ordumuzun bölmələri tərəfindən qətiyyətlə və dərhal cavab verilir. Şəhidimizin qisasının qısa zamanda, hətta artıqlaması ilə alınmasına hamımız şahid olduq. Çünki biz dəfələrlə xəbərdarlıq etmişik ki, əgər işğala son qoyulmazsa və təxribatlar davam etdirilərsə, düşmənə cavab daha sarsıdıcı olacaq. Ermənistan itkilərinin sayının azalmasını istəyirsə, bu cür əməllərə, təxribatlara son qoymalıdır. Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməyəcək. Ermənilər bunu anlasalar, onların itkiləri də olmaz.