YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Müstəqillik yolunda dönmədən mübarizə aparan xalqımız sonunda öz məqsədinə nail oldu

«1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnikaları ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu». Bu fikirləri yap.org.az saytına müsahibəsində «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 H.Babaoğlu bildirib ki, Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi.
«Böyük bir imperiyanın güc nazirliklərini təmsil edən generalların Bakıda oturub bilavasitə rəhbərlik etdikləri 20 yanvar əməliyyatı barbar bir qırğınla sona çatdı. Ancaq nə bu cəza, nə də ondan sonrakı müsibətlər Azərbaycan xalqının iradəsini qıra bilmədi. Azadlıq uğrunda - müstəqillik yolunda dönmədən mübarizə aparan xalqımız sonunda öz məqsədinə nail oldu»- deyə, H.Babaoğlu qeyd edib.