Xəbərlər
Azərbaycan-İordaniya hökumətlərarası komissiyanın növbəti iclası Əmmanda keçiriləcək
Azərbaycan-İordaniya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası aprel ayında Əmmanda keçiriləcək.
Bu barədə Trend-ə İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh bildirib.
Diplomatın sözlərinə görə, bu, komissiyanın sayca üçüncü iclasıdır, sonuncu iclas 2011-ci ildə Bakıda keçirilib. Komissiyanın iclasında iki ölkə arasında ən müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.