YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: “Şahdəniz-2” layihəsi Gürcüstan üçün prinsipial əhəmiyyət kəsb edir

“Növbəti illərdə Gürcüstanın enerji sektorunun inkişafı üçün əsas amil “Şahdəniz-2” layihəsinin icra edilməsi və qaz anbarının tikintisi olacaq”.

Bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili deyib.

“Tələbatın artması ilə əlaqədar infrastrukturun inkişafı üçün bizim 10 illik planımız var. Yeni qaz anbarının tikintisi zəruridir. Bunun hesabına biz gündəlik və mövsümi disbalansı aradan qaldıra bilərik. “Şahdəniz” konsorsiumu çərçivəsində imzalanan sazişə əsasən biz istehlak edə bilmədiyimiz qazı itirəcəyik. Eyni zamanda, bizim təkrar ixrac imkanımız da yoxdur. Yay mövsümündə qaza olan tələbat azalır və biz bu qazı anbarda saxlaya bilərik. Bu infrastruktur 100 faiz dispetçerizasiya tədbirləri ilə əhatə olunur”, - deyə nazir müavini əlavə edib.

O deyib: “Şahdəniz-2" layihəsi Gürcüstan üçün prinsipial əhəmiyyət kəsb edir. Layihə üzrə işlərin plana və qrafikə uyğun şəkildə aparılması bizi sevindirir. Bildiyimiz kimi Dünya Bankı TANAP-a 400 milyon dollar ayırıb. TANAP layihəsinin Gürcüstandan keçən hissəsində işlərin böyük həcmi başa çatıb və biz əminliklə deyə bilərik ki, gecikmə olmayacaq. Hesab edirəm ki, 2020-ci ildən etibarən “Şahdəniz-2” layihəsindən əlavə həcmdə qazın alışına ümid etmək olar”.