YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Ermənistanın tənəzzülünün başlıca səbəbi onun işğalçılıq siyasətidir

«Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe tutur». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini  Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Ermənistan rəhbərliyi münaqişənin həlli prosesini uzatmaq və ya bu prosesə mane olmaq üçün gah təxribatçı hərəkətlərə əl atır, gah da danışıqlardan yayınmağa çalışır.

«Sarkisyan rejimi bu amildən öz şəxsi maraqlarını - korrupsiyaya söykənən biznesini qorumaq üçün istifadə etsə də, bu hal Ermənistan üçün ciddi tənəzzülü şərtləndirir. Ermənistanın iqtisadi tənəzzülünün, regionda blokada vəziyyətində olmasının başlıca səbəbi onun işğalçılıq siyasətidir. Ermənistanda keçirilən mitinqlər zamanı vətəndaşları bu məqamları səsləndirir, Sarkisyanı istefaya dəvət edirlər. Amma görünən odur ki, Sarkisyan öz rejimini qorumaq üçün ölkəsini qurban verməyə razıdır»- deyə, R.Rzayev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv