Xəbərlər
Azərbaycan Silahlı Qüvvələri Pakistanda “AMAN-17” təlimində təmsil olunur
Fevralın 10-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində “AMAN-17” təlimi başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi təlimdə müşahidəçi qismində iştirak edir.
Təlim fevralın 14-dək davam edəcək.