YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Səfərli: Elektron medianın maliyyələşməsi gündəmdə olan məsələdir

«Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduğu  yarandığı vaxtdan yalnız çap mediasına maliyyə dəstəyi göstərir». Bu fikri Fondun icraçı direktoru Vüqar Səfərli deyib.

V.Səfərli bildirib ki, hazırda 33 qəzet KİVDF-dən maliyyə dəstəyi alır. Onun sözlərinə görə, Fond dövlət büdcəsindən maliyyələşir və büdcə parlament tərəfindən qəbul olunur.

«2017-ci ilin dövlət büdcəsində KİVDF-ə üçün ayrılan vəsaitin məbləği azalmayıb. Hətta ötən il Milli Mətbuat günündə gündəlk qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə 1 milyon da ayrıldı. Təbii ki, elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Bu gün elektron mətbuatın maliyyələşməsi gündəmdədir. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq»- deyə, V.Səfərli qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv