YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Qondarma "referendum"un keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur

«Ermənistan Azərbaycanın ərazilərini işğal etmək və yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti aparmaqla işğal edilmiş ərazilərdə qanunsuz rejim yaradıb». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, qondarma "referendum" Ermənistanın işğal edilmiş ərazilərin anneksiya edilməsi və Azərbaycan ərazilərinin davam edən işğalının nəticələrini təşviq etmək məqsədi güdən siyasətini ört-basdır etmək məqsədilə keçirilir. Onun sözlərinə görə, bu cür addımın atılması Azərbaycan Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və heç bir hüquqi qüvvəyə malik deyil.

«Ümumiyyətlə, bu bölgədə legitim seçkilərin keçirilməsi yalnız Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, işğal edilmiş ərazilərdən qovulmuş azərbaycanlı əhalinin geri qayıtması və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaq»- deyə, deputat qeyd edib.