YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Beynəlxalq təcrübəyə əsaslanaraq Xocalı təqaüdü təsis edilsin

«Hər il Xocalı faciəsi ilə bağlı dəhşətli faktların şahidi oluruq». Bu fikri Milli Məclisin  deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, soyqırımının dünyada tanıdılması üçün işlər, təşəbbüslər ardıcıl olaraq davam etdirilməlidir.

«Beynəlxalq təcrübəyə əsaslanaraq Xocalı təqaüdünü təsis  etmək olar. Əcnəbi tələbələrə bu təqaüdü ayıraraq münaqişənin beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanınmasına nail ola bilərik. Eyni zamanda, soyqırımının tanıdılması yönündə İKT-nin imkanlarından geniş istifadə edilməlidir. Bilirsiniz ki,  “Virtual Qarabağ” adlı  İKT mərkəzi yaradılıb. Bu çox əhəmiyyətli layihədir. Hesab edirəm ki, virtual məkanda işləri davam etdirmək lazımdır»- deyə, deputat qeyd edib.