YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Xocalı faciəsi bizim qan yaddaşımıza yazılıb, xalqın taleyində acı izlər qoyub

«Xocalı faciəsi  bizim qan yaddaşımıza yazılıb, xalqın taleyində acı izlər qoyub». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisidir. Onun sözlərinə görə,  erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən onları xüsusi vəhşiliklə qətlə yetirdi, hərb tarixində analoqu olmayan işgəncə ilə öldürdü.

«Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq. Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından biri Ermənistan dövlətinin başçısı Serj Sarkisyandır. Xalqımız erməni şovinistlərinin, cəlladlarının Xocalıda törətdikləri soyqırımının 25-ci  ildönümünü geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə ürəkağrısı ilə qeyd edir. Dövlətimiz, diaspor təşkilatlarımız bu  istiqamətdə səylə çalışır. Biz, həmçinin, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Xocalı faciəsinin bütün dünyada siyasi qiymətini alması üçün aparılan işlərdə əməyi olan hər kəsə təşəkkür edirəm»- deyə, F.Qasımova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv