YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kolumbiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 24-də Azərbaycanın Kolumbiyadakı səfirliyində Xocalı soyqırımının 25 illiyi ilə bağlı anım mərasimi keçirilib.

Səfirlikdən bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müvəqqəti işlər vəkili Ramil Fərzəliyev Xocalı soyqırımının baş vermə səbəbləri haqqında tarixi faktlardan bəhs edib. Xocalı faciəsinin Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində baş vermiş ən dəhşətli və qanlı hadisə olduğu bildirilib. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllərin Xocalıda Ermənistan tərəfindən tətbiq olunduğu faktlarla iştirakçılara çatdırılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilib.

Daha sonra Xocalı faciəsindən, eləcə də Ermənistanın işğalçı siyasətindən, bu hadisə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş azərbaycanlılardan bəhs edən videolar nümayiş etdirilib.

Təqdim edilən faktlardan çox təsirlənən Kolumbiya senatının elmi köməkçisi Anna Karina Silva, Santa Tomas universitetinin beynəlxalq münasibətlər fakültəsinin sonuncu kurs tələbəsi Danna Pasaçoa bütün dünya ictimaiyyətinin bu qəddarlığı şiddətlə qınamalı olduğunu bildiriblər.

Sonra tədbir iştirakçıları Azərbaycanın bütün məhrumiyyətlərə sinə gərərək son illər siyasi, iqtisadi və mədəni inkişafı haqqında məlumatlandırılıb, videoçarx nümayiş etdirilib.

R.Fərzəliyev bildirib ki, Azərbaycan dövləti heç bir xarici dəstək və yardım olmadan öz daxili imkanları hesabına qaçqın və məcburi köçkünlər üçün hər bir şərait yaradıb. Belə ki, çadır düşərgələri tamamilə ləğv edilib.

Tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ispan dilində nəşrlər, o cümlədən İRS jurnalının müxtəlif buraxılışları təqdim olunub.

Sonda iştirakçılara ehsan süfrəsi açılıb.

DİGƏR Xəbərlər Arxiv