YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə Bolqarıstan Respublikasının milli bayramı münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

İnanıram ki, Azərbaycan-Bolqarıstan dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli və ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.”