YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Praqada Çexiya Prezidenti Miloş Zeman ilə görüşmüşdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. “Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən Sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulandı.
  

DİGƏR Xəbərlər Arxiv