YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Prezidenti: Latviya və Azərbaycan arasında münasibətlərin genişləndirilməsi üçün böyük potensial mövcuddur

Latviya iki ölkə rəhbərləri, o cümlədən millət vəkilləri və hökumətləri arasında açıq və konstruktiv dialoqu yüksək qiymətləndirir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Latviyanın prezidenti Raymonds Veyonis deyib.

O, Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

R.Veyonisin sözlərinə görə, Latviya və Azərbaycan arasında səmərəli əməkdaşlıq təşkil olunub və münasibətlərin, xüsusilə də iqtisadi və ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan Latviya prezidenti qeyd edib ki, Latviya bu münaqişənin yalnız sülh yolu ilə, beynəlxalq hüquq prinsipləri əsasında həll edilməli olduğunu hesab edir.