YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın təşəbbüsləri sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib

Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Azərbaycanın təşəbbüsləri sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib.

Prezident İlham Əliyev bu fikirləri V Qlobal Bakı Forumunun açılışında bildirib.

Dövlətimizin başçısı Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bu tədbirlərdə mühüm məsələlərin müzakirə olunduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın mühüm regional, qlobal layihələr həyata keçirdiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın yerləşdiyi bölgə onun rolunu müəyyən edir. Ona görə də biz sivilizasiyalararası dialoqa töhfə veririk.