YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə, Tacqoyma Gününüz münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda fəal və səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, Azərbaycan ilə Vatikan arasında ümumbəşəri dəyərlərin təntənəsi naminə uğurla davam edən əməkdaşlıq, birgə atdığımız addımlar bundan sonra da dünyada sülhün və əmin-amanlığın, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar, bütün həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq diləyirəm”.

DİGƏR Xəbərlər Arxiv