YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: V Qlobal Bakı Forumunun keçirilməsi əlamətdar hadisələrdən biridir

«Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu mənada V Qlobal Bakı  Forumunun keçirilməsi əlamətdar hadisələrdən biridir». Bu fikirləri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov  bildirib ki, beynəlxalq arenada Azərbaycanın rolu güclənir. Onun sözlərinə görə, Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların  qovuşuğunda yerləşdiyi üçün belə  mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur.

«Qlobal Bakı Forumu müxtəlif aktual məsələlərin geniş  müzakirə edildiyi nüfuzlu bir platformadır. Bu Forumda dünyanın müxtəlif ölkələrindən xeyli sayda nüfuzlu qonaqlar iştirak etdi. Şübhəsiz ki, Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək. Çünki bu forum dünyanın nüfuzlu şəxslərinin toplaşdığı bir platformadır. Eyni zamanda, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınması üçün geniş imkandır»- deyə,  N.Cəfərov vurğulayıb.