YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbi Bəhramov: Quba məzarlığı erməni vəhşiliyini, insanlığa qarşı cinayətləri əks etdirən əyani faktdır

«Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verməkdədir». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyib.

C.Bəhrəmov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir. Əminliklə demək olar ki, dövlətimizin bu yöndəki siyasəti, diaspor təşkilatlarımızın, bir sıra QHT-lərimizin çoxşaxəli fəaliyyəti Ermənistanı küncə sıxışdırıb.

«Xüsusilə Heydər Əliyev Fondunun bu yöndəki fəaliyyəti təqdir olunmalıdır. Bu fəaliyyət nəticəsində dünya Ermənistanın işğalçılıq siyasəti haqqında, ermənilərin xalqımıza qarşı törətdikləri qətliamlar, o cümlədən Xocalı soyqırımı barəsində geniş məlumatlar əldə edir. Yeri gəlmişkən, xatırladım ki, bu il Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar dünyanın bir çox dövlətlərində tədbirlər keçirildi. Bir sözlə, artıq ermənilər dünyanı öz yalanlarına inandırmaqda çətinlik çəkirlər. çünki onların qarşısında güclü Azərbaycan dövləti dayanıb. 
Bu baxımdan, Quba məzarlığında yaradılan kompleks ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların beynəlxalq birliyə nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, Quba məzarlığı erməni vəhşiliyini, insanlığa qarşı cinayətləri əks etdirən əyani faktdır. Bu gün Azərbaycan dövləti daha da güclənir və görülən bütün bu işlər əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. İnanıram ki, güclü Azərbaycan dövləti erməni yalanlarını büsbütün alt-üst edəcək»- deyə, C.Bəhramov qeyd edib.