YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Erkan Özoral Hacıqabulda 1918-ci ilin mart qırğınlarında şəhid olmuş Osmanlı və Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib

Hacıqabulun Qubalı Baloğlan kəndində 1918-ci ilin mart qırğınları zamanı şəhid olmuş Osmanlı və Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Çıxış edən səfir Erkan Özoral qardaş xalqlarımız arasında mövcud olan dostluq və mədəni əlaqələrdən danışıb, əlaqələrimizin bu gün ən yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb, şəhidlərə Allahdan rəhmət diləyib.

Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov şəhidlərin xatirəsinə göstərilən diqqət və ehtirama görə Türkiyə dövlətinə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1918-ci ildə Qubalı Baloğlan kəndində erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakini - qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri həyətyanı sahəsində dəfn edib. Bir müddət əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində abidə ucaldılıb, məzarlar abadlaşdırılaraq yenilənib.