YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Seçkilərin saxtalaşdırılması Ermənistanda siyasi gərginliyi daha da artıracaq

«Ermənistanda keçirilən seçkilər növbəti dəfə saxtalaşdırıldı. Hakimiyyət öz ənənəsinə sadiq qaldı». Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Ermənistanda demokratik seçki keçirməyə şərait yoxdur, bütün seçkilərdə gülləbaran olub. Onun sözlərinə görə, son parlament seçkilərində də nə qədər adam bıçaqlandı, döyüldü, reanimasiyaya düşdü.

«Bu seçkinin əvvəlkindən bir fərqi oldu. Belə ki, prezident Serj Sarkisyan saxtalaşdırma mexanizmini dəyişdi. Əvvəlki seçkilərdə karusel mexanizmindən istifadə edirdilər, indi isə seçki məcəlləsini dəyişib mürəkkəb seçki sisteminə keçdilər. Ona görə də bu əsas saxtalaşdırma bülletenləri sayarkən baş verir. Burada riyazi bilikli adam lazımdır ki, saxtalaşdırmanı tuta bilsin. Hələ ki, camaat başa düşmür nə qədər səs itiriblər. Bütövlükdə, seçkilər beynəlxalq standartlara uyğun keçirilməyib. Seçkilərin saxtalaşdırılması Ermənistanda siyasi gərginliyi daha da artıracaq»- deyə, politoloq qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv