YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Draqana Filipoviç: Avropa Şurası Azərbaycanda hakimiyyət qurumları ilə çox güclü şəkildə işləməkdə maraqlıdır

Bu gün Bakıda Avropa Şurası tərəfindən “Azərbaycan Respublikası milli pilot məhkəmələri və Ədliyyə Akademiyası tərəfindən CEPEJ alətlərinin icrası vasitəsilə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması” mövzusunda yekun konfrans keçirilib. /Trend/

Tədbir Avropa Şurasının və Avropa İttifaqının 2015-2017-ci illər üzrə “Şərq Tərəfdaşlığı” proqramı üzrə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Tədbidə çıxış edən Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və qurumun 47 üzvündən biri olaraq bütün dəyərlərə sadiq qalmaqla bağlı üzərinə öhdəkiklər götürüb: “Avropa Şurası Azərbaycanda hakimiyyət qurumları ilə çox güclü şəkildə işləməkdə maraqlıdır. Həmçinin, məhkəmə hüquq sisteminin effektiv fəaliyyətinin təmin edilməsi istiqamətdə də birgə əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq ədalət məhkəməsinin hamı üçün əlçatan olmasına yönəlib. Avropa Məhkəməsinə müraciətlərin azalması üçün milli səviyyədə ədalət mühakiməsinin effektiv fəaliyyət göstərməsi vacibdir”.

D.Filipoviç layihə çərçivəsində görülən işlərin məhsuldar olduğunu bildirib: “Layihə uğurla başa çatıb və yeni əməkdaşlıq üçün imkanlar yaradıb. Biz gələcəkdə əməkdaşlıq üçün birgə sahələri müəyyən edə bilərik”.

Avropa Şurasının İnsan Haqları və qanunun aliliyi üzrə baş direktorluğunun Ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanne Yunker isə deyib ki, bütün üzv dövlətlərdə Avropa Şurası üçün son məqsəd hər bir fərdin inandığı, əlçatan və mübahisə ilə bağlı şikayət edib keyfiyyətli qərar əldə edə biləcəyinə əmin olduğu məhkəmə sisteminin yaradılmasıdır. O qeyd edib ki, Azərbaycan “CEPEJ” layihəsinə hər zaman dəstək verib.

Tədbirdə bildirilib ki, Azərbaycanda məhkəmə fəaliyyətinin yaxşılaşdırılması istiqamətində “CEPEJ” layihəsinin də böyük rolu olub.

DİGƏR Xəbərlər Arxiv