YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP üzrə Albaniyada yatırılan sərmayələr birbaşa xarici investisiyaların 40 faizini təşkil edib

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi çərçivəsində ötən il Albaniyada yatırılan sərmayələr birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.

Bu barədə Albaniya Bankı (Bank of Albania) tərəfindən nəşr olunan məlumatlarda deyilir. Bildirilir ki, keçən il ölkədə xarici investisiyalar 2015-ci ildəki göstəricidən 10 faiz çox və ya 983 milyon avro təşkil edib. Bu da rekord səviyyə deməkdir. Həmin məbləğdən 369 milyon avro dəyərində investisiyalar TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniyada xərclənib.

DİGƏR Xəbərlər Arxiv