YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli deputat: Azərbaycan terrorizmdən ən çox əziyyət çəkən ölkələrdəndir

Azərbaycan terrorizmdən ən çox əziyyət çəkən ölkələrdəndir. Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri Azərbaycan xalqının həyatında silinməz izlər buraxıb.

Bu fikri Ədalət və İnkişaf Partiyasından (AKP) deputat Huseyin Burge Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevlə görüşdə deyib.

Baş konsulluqda keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha sürətlə inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Hüseyin Bürge bildirib ki, Azərbaycan hər zaman bütün sahələrdə, o cümlədən terrorçuluqla mübarizədə Türkiyəyə tam dəstək verməklə əsl qardaşlıq münasibəti nümayiş etdirib. Türkiyə dövləti və xalqı Azərbaycanın bu mövqeyini həmişə yüksək qiymətləndirib.

Görüşdə AKP İstanbul Beşiktaş rayon təşkilatının sədri Ferşat Yıldırım da iştirak edib.