YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistanın təxribatları cavabsız qalmır və ordumuz bundan sonra da düşmənə layiqli cavab verəcək

«Ötən il aprel döyüşləri düşmənə və onun havadarlarına bir mesaj oldu ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan işğal faktı ilə barışmaq niyyətində deyil. Onun sözlərinə görə,  Ermənistanın təxribatları cavabsız qalmır və ordumuz bundan sonra da düşmənə layiqli cavab verəcək.

«Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistanda isə bu döyüşlərdən sonra gərginlik artdı, xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi. Ermənistan hakimiyyəti isə həmin döyüşlərdən bəri təşviş içindədir. Azərbaycanın işğal altında olan ərazilərində ermənilər səksəkə içərisində yaşayırlar. Cinayətkar Serj Sarkisyan hakimiyyəti Azərbaycanın bu üstünlüyünü ört-basdır etmək üçün yalan bəyanatlar verir. Lakin bu bəyanatlarla da özünü gülünc vəziyyətə salır»- deyə, E.Məmmədov vurğulayıb.