YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bu işğala heç vaxt dözməyəcək

«Azərbaycan sülhsevər ölkədir. Məhz buna görə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik və buna görə 20 ildən çoxdur ki, danışıqlar aparırıq. Lakin heç kim unutmamalıdır ki, Ermənistan Azərbaycanın torpaqlarını sülh yolu ilə işğal etməyib və Azərbaycan bu işğala heç vaxt dözməyəcək». Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə deyib.

Mehriban Əliyeva bildirib ki, Azərbaycan əsgərləri, Azərbaycan oğulları öz Vətəni yolunda mübarizə aparırlar, döyüşürlər, ömürlərini qurban verirlər, onların mübarizəsi haqq mübarizəsidir. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır.

«Mən erməni analara üz tutub söyləmək istəyirəm ki, qoymayın öz balalarınız işğal siyasətinin qurbanları olsun, işğal siyasətinə dəstək verməyin. Münaqişəyə tezliklə son qoyulmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək»- deyə, Mehriban Əliyeva vurğulayıb.