YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Wood Mackenzie”: 2035-ci ilədək ABŞ-da istehsal edilən LNG-nin 60 faizi Avropa bazarına çıxarılacaq

2035-ci ilə qədər ABŞ-da istehsal edilən mayeləşdirilmiş təbii qazın (LNG) 60 faizi Avropa bazarına çatdırılacaq.

Bu barədə mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” araşdırma və konsaltinq şirkətinin hesabatında deyilir. Bildirilir ki, yaxın gələcəkdə qlobal qaz bazarı yenidən formalaşacaq və LNG tədarükçülərinin sayı xeyli artacaq.

Dünya Qaz İttifaqının məlumatına görə, qlobal LNG ticarəti ötən il 2015-ci illə müqayisədə 5 faiz artaraq 258 milyon tona çatıb. Keçənilki həcm LNG ticarətində rekord göstərici sayılır.

Qlobal bazarda ötən il ən çox LNG idxal edən ölkə 83,3 milyon ton ilə Yaponiya, ən çox mayeləşdirilmiş təbii qaz ixrac edən ölkə isə 77,2 milyon tonla Qətər olub.

DİGƏR Xəbərlər Arxiv